Bakı-Sumqayıt yolu 6 zolaqlı olsa da, paytaxta çatan hissədə 2 zolaqlı olur və nəticədə sıxlıq yaranır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.
"Mən bu gün Milli Məclisə gəlmək üçün saat 8:00-da Novxanıdan yola çıxmışam, 10-a 5 dəqiqə qalmış burada olmuşam. Bu hal isə hər gün yaşanır. Bunun aradan qaldırılması üçün yüngül konstruksiya ilə Yaponiyadakı kimi 2-3 mərtəbəli yollar tikilə bilər", - deyə o qeyd edib.
"Parklanma məsələsi vaxtilə yol infrastrukturunun qurulmasında yol verilmiş nöqsanlarla bağlıdır. Şəhərdə sıxlığı aradan qaldırmaq üçün şəxsi minik avtomobiləri avtovağzala və yaxud metroya qədər buraxıla bilər. Daha sonra insanlar ictimai nəqliyyatdan istifadə etsin. Bu vaxtilə tətbiq edilmişdi", - deputat əlavə edib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək