Apteklərdə monitorinq aparıldı: nöqsanlar aşkarlandı

18:24 - 11 Mart 2024 - GÜNDƏM

 Apteklərdə monitorinq aparıldı: nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.

Bu barədə BUTA.TV-a AEM-dən məlumat verilib.

Yoxlamalar zamanı 4 aptekdə nöqsan aşkarlanıb, 9 adda dərman vasitəsi (38 qutu) müsadirə edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol