Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

18:48 - 11 Mart 2024 - GÜNDƏM

 Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.

BUTA.TV AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, reysin sərnişinləri Əsənboğa Beynəlxalq Hava Limanına yaxın oteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Əlavə suallar yarandıqda, sərnişinlər bu elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol