Bayden Çinə qarşı 400 milyon, Rusiyaya qarşı isə 25 milyon istədi

21:18 - 11 Mart 2024 - GÜNDƏM

 Bayden Çinə qarşı 400 milyon, Rusiyaya qarşı isə 25 milyon istədi

ABŞ Prezidenti Co Bayden administrasiyası Konqresdən dünyada “Çin təsiri” ilə mübarizə üçün təxminən 400 milyon dollar, Afrikadakı “Rusiyanın təsiri” ilə mübarizə üçün isə daha 25 milyon dollar istəmək niyyətindədir.

BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin büdcə layihəsi ilə bağlı açıqlamasında bildirilib.

Məlumata görə, 400 milyon dollar Çinə qarşı mübarizə aparmaq üçün strateji imkanları dəstəkləmək üçün istifadə olunacaq.

Bundan əlavə, layihə Rusiya Federasiyasının Afrikadakı və regiondakı digər qüvvələrin zərərli təsirinə qarşı mübarizə üçün yaradılmış yeni fond üçün 25 milyon dolların ayrılmasını nəzərdə tutur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol