İrəvanın Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Rusiya tərəfinə müraciətdən sonra Ermənistandakı Rusiya bazasının bağlanması məsələsi gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, erməni mediası hökumət nümayəndələrinin artıq 102-ci bazanın Ermənistandan çıxarılmasının vaxtı çatdığı barədə müzakirə apardıqları məlumatını yayıb.
Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan da rus sərhədçilərin çıxarılmasının ardınca 102-ci bazanın bağlanmasının hədəfləndiyini açıqlayıb. Onun fikrincə, Paşinyan bu addımı atacaq, ancaq Rusiyanın da cavabı olacaq.
O, artıq Rusiyanın müəyyən cavab tədbirləri gördüyünü də bildirib:
“Artıq bir neçə gündür ki, Larsda vəziyyət kifayət qədər gərgindir: Rusiya tərəfi bəzi maşınları buraxır, bəzilərinə süni maneələr yaradılır və bu yanaşmalar daha da sərtləşəcək”.
Zöhrabyan Rusiyanın əlində ciddi iqtisadi təsir vasitələri olduğunu, Rusiyada 3 milyondan çox erməni yaşadığını da xatırladıb.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək