Bu gün Novruzun üçüncü çərşənbəsidir

00:10 - 12 Mart 2024 - GÜNDƏM

 Bu gün Novruzun üçüncü çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

BUTA.TV xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Qeyd edək ki, İlaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Novruz tətili isə 26 marta qədər davam edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol