“Qarabağ”ın futbolçusu “Bayer”lə oyundan danışdı

10:50 - 12 Mart 2024 - GÜNDƏM

 “Qarabağ”ın futbolçusu “Bayer”lə oyundan danışdı

Leverkuzenə yalnız qələbə qazanmaq üçün gedirik.

BUTA.TV xəbər verir ki, bunu Report-a müsahibəsində "Qarabağ"ın futbolçusu Hamidu Keyta deyib.

O, oyuna hazırlaşmaq üçün az vaxtlarının olduğunu bildirib:

“İlk matçda sərgilədiyimiz performansı Almaniyada da davam etdirəcəyik. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. 1/8 finala qədər gəlib çatmaq bizə əvəzolunmaz hisslər yaşadır”.

“Mən məşqlərdə özümü yaxşı tərəfdən göstərirəm. Bütün bacarıqlamı komandaya kömək etmək üçün sərf edirəm. Bu matç mənim üçün olduqca önəmlidir. Komanda şəklində hazırlaşırıq. Oyunçularla daim bir-birimizə dəstək oluruq. Qazandığımız uğurlar komanda işinin nəticəsidir”, - Keyta əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol