Ermənistan hökumətinin İrəvanın Zvartnots hava limanından rus sərhədçiləri çıxarmaq qərarı çoxlu müxtəlif şərhlərə səbəb olsa da, əslində hakimiyyət onlara uzun illər xidmətlərinə görə təşəkkür edib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Rusiya FTX-nin Sərhəd Xidmətinə məktubla müraciət edərək, Ermənistanın müstəqillik əldə etdiyi vaxtdan bəri Zvartnots hava limanında xidmət etdiklərinə və sərhəd təhlükəsizliyinin təmin edilməsində dəstəyə görə təşəkkür edib. Daha sonra bildirilib ki, Ermənistanda dövlət institutları, o cümlədən Rusiyadan olan tərəfdaşların köməyi ilə son illər inkişaf etdiyi üçün Ermənistan Sərhəd Xidməti hava limanında Rusiya tərəfinin dəstəyi olmadan nəzarəti həyata keçirmək üçün kifayət qədər təcrübə toplayıb”, - Paşinyan bildirib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək