İrəvan bu halda KTMT-dən çıxacaq – Paşinyan

14:08 - 12 Mart 2024 - GÜNDƏM

 İrəvan bu halda KTMT-dən çıxacaq – Paşinyan

Ermənistan KTMT-də iştirakını dondurub və görüşlərdə iştirak etmir.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”, - hökumət başçısı söyləyib.

Paşinyan bildirib ki, KTMT Ermənistanda məsuliyyət zonası ilə bağlı suala cavab versə və cavab İrəvanın ideyalarına uyğun gəlsə, o zaman onlar arasında olan məsələlər öz həllini tapacaq:

"Əgər belə olmasa, Ermənistan təşkilatdan çıxacaq. Nə vaxt, deyə bilmərəm".

Paşinyan zarafatla bildirib ki, yeni ilə qədər ola bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol