İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında şirkətin beynəlxalq əlaqələr şöbəsinin direktoru Dieqo Berqer bildirib.
Onun sözlərinə görə, layihə ötən həftə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə təqdim olunub:
"Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır".
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək