Ramil Usubov Kobaxidze ilə görüşdü - Foto

17:50 - 12 Mart 2024 - GÜNDƏM

 Ramil Usubov Kobaxidze ilə görüşdü - Foto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşdə ölkələr arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə toxunulub.

BUTA.TV xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb.

Hökumət başçısı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edib. Bundan əlavə, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə güclü dəstəyi qeyd edilib.

İclasda Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri iştirak edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol