Rusiya Federasiyasının İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə Orenburq şəhərinin meri Sergey Salmin bildirib.
“Bu gün İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi Severnı aerodromuna enməyə cəhd edərkən qəzaya uğrayıb. Ekipaj yanan təyyarəni Podtalitsy kəndindəki yaşayış binalarından uzaqlaşdırıb. Təyyarədə olanların heç biri sağ qalmayıb.
Təyyarədə 16 nəfər olub. Onlardan 5-i 117-ci Orenburq Hərbi Nəqliyyat Aviasiya Alayının pilotudur”, - o qeyd edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi-nəqliyyat təyyarəsinin İvanovo vilayətində planlı uçuş zamanı qəzaya uğraması barədə məlumat yaymışdı. Bildirilirdi ki, göyərtədə 8 ekipaj üzvü və 7 sərnişin olub.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək