Xəbər verdiyimiz kimi, ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyalar tətbiq olunacaq. Yenisabah.az bununla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib.
Sözügedən TV-lərdən birinin məsul əməkdaşı saytımıza açıqlamasında deyib ki, məsələyə artıq hüquq-mühafizə orqanları da müdaxilə edib. Onun sözlərinə görə, cəmiyyətin narazılıq etdiyi populyar sosial verilişlərin fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır. Bu məqsədlə bəzi aparıcılar prokurorluğa dəvət olunub və onlardan izahat alınıb.
Mənbə deyib ki, prokurorluq ilk növbədə verilişlərdə yığılan pulun məbləğini və əldə olunan vəsaitin hansı təyinat üzrə xərcləndiyini araşdırır.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Trampdan Kanada şirkətlərinə: ABŞ-a köçün!
- Ukrayna Belqoroda zərbə endirdi: ölənlər var
- SEPAH-dan ABŞ-ın hücumuna reaksiya: Qisas alınacaq!
- ABŞ İranın Lark adasına zərbə endirdi
- Çikaqoda insanlara atəş açıldı: ölən və yaralananlar var
- Şimali Kiprdə 3 günlük matəm elan edildi
- PUA insidenti: Almaniya cavab tədbirləri hazırladı
- Leyla Əliyeva sərgidən paylaşım etdi - Video