"Azərbaycan Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğunlaşdırma məqsədilə qərar imzalayıb.
Qərarla Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Nazirliyinin kollegiya üzvlərinin sayı 24 (iyirmi dörd) nəfərdən ibarət müəyyən edilib.
Bundan başqa, kollegiyanın üzvləri sırasına nazirliyin regional idarələrinin rəisləri əlavə edilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti isə Azəridmanservis MMC-nin direktoru ilə əvəzlənib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək