Rusiya kəşfiyyatına işləyən azərbaycanlılar – Video

12:06 - 13 Mart 2024 - GÜNDƏM

 Rusiya kəşfiyyatına işləyən azərbaycanlılar – Video

Rusiya kəşfiyyatı ilə əlaqəli olan və Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərən şəxslərlə bağlı milli təhlükəsizlik naziri (1995-2004-cü illərd), general-polkovnik Namiq Abbasovun 1998-ci ildə Milli Məclisdə çıxışının görüntüləri yayılıb.

BUTA.TV xəbər verir ki, general 1998-ci ildə Milli Məclisdə xarici xüsusi xidmət orqanlarının fəaliyyətindən danışarkən, müxalifətdə olan bəzi şəxslərin Rusiya agentura şəbəkəsinə xidmət etdiyini xüsusi vurğulayır.

“Azərbaycanda gedən proseslərdə xarici dövlətlərin xüsusi xidmət orqanlarının geniş fəaliyyəti bizim xüsusi diqqətimizdədir. Bu. fəaliyyət, çox təəssüf, müxalifətdə olan bir sıra partiyalar vasitəsilə həyata keçirilir. Bizdə kifayət qədər sübut-dəlil var. Biz bu yaxınlarda – 1998-ci ilin əvvəllərində Azərbaycan ictimaiyyəti Qurban Məmmədov və Cəmaləddin Əhmədovun iştirakə ilə törədilən təxribatın ifşasının şahidi oldu. Bu iki şəxs Rusiyanın xüsusi xidmət orqanlarının agentura şəbəkəsində olublar”, - N.Abbasov bildirib.

Qeyd edək ki, Namiq Abbasovun bu çıxışında çəkdiyi adlardan biri – Qurban Məmmədov hazırda Londonda yaşayır və Azərbaycana qarşı təbliğat kampaniyası ilə məşğuldur.

Redaksiyaya onların hansı fəaliyyətlərinə görə 1998-ci ildə həbs edildiyi haqda məlumat da daxil olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol