Azərbaycan Prezidenti tərəfindən vergi orqanlarına təyin edilən vəzifəli şəxslərə xidmətdə olması üçün son (65 yaş -red) yaş həddi şamil edilimir.
BUTA.TV xəbər verir ki, bunu İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib.
Onun sözlərinə görə, bu, digər dövlət qulluğunda işləyənlər üçün də belədir:
“Prezident tərəfindən təyin edilən vəzifəli şəxslərin istər 65 yaşı olsun, istər 70 yaşı qanunun müvafiq maddəsi ona aid edilmir”.
Qeyd edək ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə olunan yeni maddəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olmasının yaş həddi 65 yaşdır.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək