Rusiya, İran və Çin Hərbi Dəniz Qüvvələrinin Ərəbistan dənizində Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri - 2024” təlimləri zamanı pilotsuz dəniz və hava aparatlarının məhv edilməsi üç ölkənin gəmiləri tərəfindən həyata keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Manevrlə yanaşı, üç ölkənin hərbi gəmiləri pilotsuz dəniz və təyyarələri imitasiya edən yerüstü və hava hədəflərini ağır pulemyotlardan və kiçik çaplı dəniz artilleriyasından atəşə tutub. Bu gün helikopter və eniş yoxlama qruplarından istifadə edilərək dəniz quldurları tərəfindən ələ keçirilən gəminin buraxılması məşq ediləcək. Manevrlər martın 14-də Çabahar sahilində başa çatacaq”, - məlumatda deyilir.
Qeyd edilib ki, təlimləri ilk dəfə olaraq Qazaxıstan, Azərbaycan, Pakistan, CAR, Hindistan və Oman hərbçiləri izləyir.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək