Moskva İrəvanla təmasları davam etdirəcək və KTMT üzvlüyünü davam etdirməsi ilə bağlı vəziyyəti aydınlaşdıracaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təbii ki, İrəvanın açıqlamalarını eşitmişik. Qarşıda çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Ermənistanın Baş nazirinin bəyanatlarına uyğun olaraq hər şeyi aydınlaşdırıb danışacağıq”, - o bildirib.
Peskov KTMT-nin Paşinyanın bu cür bəyanatlarına necə baxdığı sualına cavab verməyib və bu ifadənin özünün yersizliyinə işarə edib:
“Bunu KTMT-dən soruşmaq lazımdır. KTMT adından biz danışmırıq”.
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!