ABŞ bu ölkəyə Rusiyanı vura biləcək raketlər verir

08:18 - 14 Mart 2024 - GÜNDƏM

 ABŞ bu ölkəyə Rusiyanı vura biləcək raketlər verir

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM “yer-hava” raketləri alacaq.

BUTA.TV xəbər verir ki, bunu “Gazeta.pl” portalına müsahibəsində Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Rujanski deyib.

“Laskedə yerləşdirilmiş və JASSM raketləri ilə təchiz edilmiş təyyarələrimiz Visla çayına qədər uça və Belarus və Rusiyadakı hədəfləri məhv edə bilər. Söhbət Kalininqrad vilayəti, eləcə də Rusiyanın digər regionlarından gedir”, - deyə general bildirib.

Qeyd edək ki, iki gün öncə ABŞ Polşaya 3,7 milyard dollarlıq raket satışına razılaşıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol