Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq.
BUTA.TV xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.
O, məktubunda qeyd edib ki, Antalya Diplomatiya Forumu bir çox dövlət başçılarını, 150 ölkədən olan təmsilçiləri bir yerə topladı:
"Həmin forumda iqlim dəyişmələri, müharibələr və bir çox mövzular müzakirə olundu. Bu gün də gündəmdə vacib məsələlərin müzakirəsi dayanır. Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq. Parçalanma ilk olaraq regional səviyyədə başlayır və daha sonra qlobal səviyyəyə yüksəlir. Bu münaqişələr isə iqtisadi, siyasi və sosiall sahələrə cidddi təsir göstərir”.
Ərdoğan məktubunda vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilinə keçir və sülhün bərpa olunması təxirəsalınmaz məsələdir:
“Türkiyə bu yolda addımlar atır, digər dövlətlər də səylərini gücləndirməlidir”.
Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub.
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!