Təbriz-Urmiya yolunda ağır qəza: 1 ölü, 22 yaralı - Video

12:34 - 14 Mart 2024 - GÜNDƏM

 Təbriz-Urmiya yolunda ağır qəza: 1 ölü, 22 yaralı - Video

Təbriz-Urmiya magistral yolunda sərnişin avtobusu ilə TIR-ın toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Qeyd edək ki, son 11 ay ərzində Şərqi Azərbaycanda yol qəzaları səbəbindən 924 nəfər həyatını itirib, 18400 nəfər isə yaralanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol