Tanınmış model Səbinə Rufiz qızı Hüseynova vergi borcunu ödəmədiyi üçün məhkəmə qarşısına çıxarılacaq.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti modelin ölkədən çıxışına məhdudiyyət qoymaq üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmə prosesi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Səbinə Hüseynova 2018-ci ildə dələduzluq maddəsi ilə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il şərti cəzaya məhkum edilib.
Onu da bildirək ki, əməkdar artist Röya Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyub.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək