Pekin ABŞ-ın Tiktokla bağlı qadağa planlarına lazımi cavab tədbirləri görəcək.
BUTA.TV xəbər verir ki, bunu Çin Ticarət Nazirliyinin nümayəndəsi He Yadun deyib.
“ABŞ Konqresində baş verənləri diqqətlə izləyirik. Çin qanuni haqlarını və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Vaşinqton xarici kompaniyalara əsassız təzyiqləri dayandırmalı və ABŞ-a sərmayə yatıran bütün ölkələrin şirkətləri üçün açıq, eləcə də ədalətli mühit təmin etməlidir”, - o bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Tiktok sosial şəbəkəsinin qadağan edilməsi fikrini dəstəkləyib. Prezident Bayden də bundan əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlayıb.
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir