Bakıda qadın hüquqşünas həbs edildi - Şok səbəb

20:40 - 14 Mart 2024 - GÜNDƏM

 Bakıda qadın hüquqşünas həbs edildi - Şok səbəb

Bakıda barəsində cinayət işi açılan hüquqşünas Nərgiz Rəhimova həbs edilib.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl paytaxtın Yasamal rayon sakini N.Rəhimova barəsində polisə şikayət edib.

O bildirib ki, həyat yoldaşı bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilib. Bundan sonra hüquqşünas, 1979-cu il təvəllüdlü Nərgiz Rəhimova ilə tanış olub. N.Rəhimova ona ərinin cəzasını yüngülləşdirəcəyi vədi verib və 12 min 300 manat pul alıb. Lakin sonradan vəd yerinə yetirilməyib və təqsirləndirilən Teyyub Dəmirova 3 il 6 ay həbs cəzası verilib.

Şikayət əsasında Nərgiz Rəhimova barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi açılıb.

Yasamal rayon Məhkəməsinin 1 mart tarixli hökmü ilə qadın hüquqşünasa 2 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

O, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisinə göndərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol