Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Sözügedən Parlamentdə “Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı dünən qəbul edilən yeni qərəzli qətnamə sözügedən qurumun ölkəmizə ikili münasibətini bir daha təsdiq etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, qətnamədə siyasi etik normalardan kənara çıxan təhqiramiz ifadələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdidetmə cəhdlərinin olması qurumun ölkəmizə qarşı qərəzini aydın şəkildə göstərir:
“Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyillərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür.
Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır, həmçinin regionda Avropa dəyərlərinə ciddi zərbə vurur. Dəyərləri qorumaq lazımdır, cənablar”.
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...