ABŞ-ın Azərbaycana ayırmaq istədiyi vəsait açıqlandı

22:20 - 14 Mart 2024 - GÜNDƏM

 ABŞ-ın Azərbaycana ayırmaq istədiyi vəsait açıqlandı

ABŞ hökuməti hər iki ölkə üçün prioritet olan bəzi əsas sahələrdə Azərbaycanla əməkdaşlıq edir.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Riç Verma mətbuat konfransında deyib.

“Azərbaycan üçün 2025-ci maliyyə ili sorğusuna inklüziv iqtisadi artım və ticarətin genişləndirilməsi, ingilis dilinin öyrənilməsi imkanları, vətəndaş cəmiyyəti və müstəqil media, həmçinin insan haqları təşkilatları, regionda dialoq və etimadın təşviqi üçün tədbirlər daxildir”, - o bildirib.

Administrasiya Azərbaycana ikitərəfli yardım üçün təxminən 12,5 milyon dollar tələb edib ki, bu da ötən illə müqayisədə 2 milyon dollar azdır. Bu, nüvə silahının yayılmaması, terrorizmlə mübarizə və minalardan təmizlənməni təşviq edən proqramların daxil edilməməsi ilə bağlıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol