İrəvanda yenə atışma baş verib, deputatın maşını zədələnib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Saat 00:20 radələrində Ermənistanın polis şöbəsinə bildirilib ki, təcili tibbi yardım stansiyasına atışma nəticəsində vətəndaşların yaralanması ilə bağlı çağırış gəlib. Zərərçəkənlərin köməyinə ilk olaraq həkimlər, patrul əməkdaşları və hadisə şahidləri gedib. Polis hadisə yerində müxtəlif növ odlu silahlardan atılmış çoxlu sayda işlənmiş patron, partlayan qumbaranın hissələri, qan izləri, atəş nəticəsində zədələnmiş avtomobillər, o cümlədən millət vəkilinin avtomobilini aşkar edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, iki vətəndaş hadisə yerindən İrəvanın müxtəlif xəstəxanalarına aparılıb:
“Hadisənin bəzi detalları müəyyən edilib, şübhəlilər var, onlar axtarışa verilib. İstintaqın maraqları baxımından hadisənin baş vermə şəraiti və zərərçəkənlərin kimliyi açıqlanmır”.
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...