Bakı – liderlərin gəldiyi dünya paytaxtıdır - Korotçenko

13:16 - 15 Mart 2024 - GÜNDƏM

 Bakı – liderlərin gəldiyi dünya paytaxtıdır - Korotçenko

Azərbaycan bu gün dünya siyasəti və diplomatiyasının tonunu müəyyən edir, qlobal problemləri qaldırır. Bu, böyük hörmətə layiqdir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko Qlobal Bakı Forumunun əhəmiyyətini şərh edərkən deyib.

“Qlobal Bakı Forumunun əsas mövzusu olan “Parçalanmış dünyanın bərpası” Azərbaycanın siyasi elitasının qlobal gündəmi formalaşdırmaq və mürəkkəb geosiyasi çağırışlar qarşısında bir daha yaradıcı, bir növ sülhməramlı kimi çıxış etmək istəyini aydın şəkildə əks etdirir. Bakı bu gün mühüm məsələlərin qaldırıldığı, siyasətin, diplomatiyanın və müasir ictimai rəyin liderlərinin gəldiyi dünya paytaxtlarından biridir. Azərbaycan bu gün əsasən BMT-nin baş qərargahının görməli olduğu işləri görür. Amma təəssüf ki, bununla bağlı konsensus yoxdur. Azərbaycan Nyu Yorkda həlli mümkün olmayan məsələləri de-fakto həll edən bir növ “Xəzər BMT”sidir”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol