“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

15:54 - 15 Mart 2024 - GÜNDƏM

 “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Təkrar emal təbii sərvətlərimizi qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl planetin yaranmasına töhfə verən bir prosesdir.

BUTA.TV xəbər verir ki, 2018-ci ildən etibarən hər il qeyd olunan Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 17 mart 2024-cü il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti) əldə edə biləcəklər.

Qeyd edək ki, maraqlı viktorinaları, müxtəlif müsabiqələri ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərdə hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

Məkan: Hüseyn Cavid parkı ( Elmlər Akademiyası metrostansiyasının yaxınlığı)

Tarix: 17 mart, saat: 12:00-15:00


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol