AFFA prezidenti və millinin baş məşqçisi kim olacaq?

19:36 - 15 Mart 2024 - GÜNDƏM

 AFFA prezidenti və millinin baş məşqçisi kim olacaq?

İşçi qrupunun iclasında Azərbaycan millisinə yerli və ya əcnəbi məşqçi olması fikirləri səsləndirilməyib.

BUTA.TV xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Baş katib bildirib ki, yeni gələcək baş məşqçinin milli komandanın kriteriyalarına uyğun olması önəmlidir:

"Hələ ki Azərbaycan milli komandasına baş məşqçi seçimi barədə vaxta ehtiyacımız var".

Sərxan Hacıyev qeyd edib ki, bu günədək AFFA-ya prezidentliyə namizəd olmaq istəyən hər hansı bir şəxs müraciət etməyib:

"Nizamnaməyə görə konfransa 10 gün qalmışa kimi bütün müraciətlər tamamlanmalıdır. Hazırda isə bu proses üçün zaman var".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol