Paytaxt yaxınlığında yeni aeroport tikiləcək. Yeni hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək.
BUTA.TV xəbər verir ki, hazırda iqtisadi zonada istehsal müəssisələri ilə yanaşı, logistika mərkəzi və hava limanı da inşa edilir. Müasir standartlara cavab verən beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb. Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.
Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Hava limanı ilk növbədə azad iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək.
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonası üçün Bakı Beynəlxalq Dəniz Limanı ticarət limanı yaxınlığında 719 hektar torpaq sahəsi ayrılıb.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...
- “Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - Video
- Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
- Tramp son anda İrana hücum əmrini ləğv edibmiş
- MN həftəlik icmalını təqdim etdi - Video
- Çimərliyə gedənlərin nəzərinə!