Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva BUTA.TV-a bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.
"Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”, - o əlavə edib.
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...
- “Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - Video
- Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
- Tramp son anda İrana hücum əmrini ləğv edibmiş
- MN həftəlik icmalını təqdim etdi - Video
- Çimərliyə gedənlərin nəzərinə!