Xətaidə 3 nəfər mənzildə köməksiz vəziyyətdə qaldı

22:10 - 16 Mart 2024 - GÜNDƏM

 Xətaidə 3 nəfər mənzildə köməksiz vəziyyətdə qaldı

Bakının Xətai rayonunda 3 nəfər mənzildə bağlı qapı arxasında qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol