Qərb ölkələri Ukraynanın döyüş meydanındakı uğursuzluqlarını gördükdən sonra onu tərk edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA-ya müsahibəsində deyib.
“Makron, Borrell, Blinken və bu dəhşətli münaqişəni təhrik edən, Ukraynanı və Ukrayna xalqını onun içinə sürükləyən, onlara “parlaq demokratik gələcək” vəd edən hər kəs indi Ukraynanı tərk edir”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna xalqını və Ukraynanın suverenliyini qorumayacaq:
“Ancaq bu ölkədən öz maliyyə maraqları üçün istifadə etməkdə və Rusiyaya qarşı müharibə aparmaqda davam edəcəklər”.
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi