Tayson rinqə hazırlaşır: rəqibinə meydan oxudu - Video

23:52 - 16 Mart 2024 - GÜNDƏM

 Tayson rinqə hazırlaşır: rəqibinə meydan oxudu - Video

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, 57 yaşlı Mayk Tayson 27 yaşlı bloger və boksçu Ceyk Pol ilə görüşdən öncə məşqdən gənc rəqibinə mesaj göndərib.

BUTA.TV xəbər verir ki, vaxt itirmədən başlayan Tayson sürətini və gücünü nümayiş etdirərək onun bu yaşda rinqə çıxmasını birmənalı qarşılamayanlara bu video ilə cavab verib.

Qeyd edək ki, döyüş iyulun 20-də Amerikanın Arlinqton şəhərindəki "A&T Stadium"da baş tutacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol