Rusiya öz ərazisinə daxil olmağa çalışan düşmən qüvvələrinin demək olar ki, 100%-ni məhv edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin seçkinin ilkin nəticələrinin elan olunmasından sonra Seçki Qərargahında keçirdiyi mətbuat konfransında deyib.
"Hazırda yenə çalışırlar ki, harasa getsinlər, harasa girsinlər. Biz məhv edirik. Ərazimizə haradasa 100 metrə qədər keçməyə cəhd edənlər olub və demək olar ki, yüz faiz məhv edilib. Bu müddət ərzində 25 tank məhv edilib”, - o bildirib.
Putin bildirib ki, düşmən 5 minə yaxın insanı sərhəd bölgəsində cəmləyib: “Rusiya sərhəd zonasına hücumlar zamanı düşmən itkiləri təxminən 40% təşkil edir ki, bunun da 35%-i geridönməzdir”.
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli