Urmiya şəhərindən İran parlamentinə kürd millət vəkillərinin seçilməsi kürdlərin səsvermədə fəallıqlarının nəticəsidir.
BUTA.TV xəbər verir k, bunu Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Seyyid Məhəmmədrza Mir Tacəddini Qərbi Azərbaycan əyalətində keçirilən seçkilərdən danışarkən deyib.
O, azərbaycanlıların səsvermədə fəal olmadıqlarını, buna görə də kürd namizədlərin qalib gəldiyini bildirib:
“Bu, kimlərinsə Azərbaycan torpaqlarına ərazi iddia etməsinə əsas ola bilməz. Kürdlər Azərbaycanda qonaqdırlar, qonaq öz yerini bilməlidir. Qonaq həddini aşsa, başqa cür davranarıq”.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
Qeyd edək ki, martın 1-də İran parlamentinə 12-ci çağırış seçkilərin nəticələrinin açıqlanması və iki kürd namizədin Urmiyadan qalib elan edilməsindən sonra şəhərdə aksiyalar keçirilib.
Şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər “Urmiya Kürdüstan” şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər.
- MN həftəlik icmalını təqdim etdi - Video
- Çimərliyə gedənlərin nəzərinə!
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Xəzərdə batan şəxs müstəntiq imiş
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
- Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
- Sabah 40 dərəcə isti olacaq