Avropa Birliyi Ermənistanın quruma namizəd kimi qəbul edilməsini daim diqqətdə saxlayır. Son vaxtlar isə bu diqqət daha da konkretləşib.
Bu sözləri BUTA.TV-a politoloq Qabil Hüseynli Ermənistanın Avropa Birliyinə mümkün üzvlüyünə region ölkələrinin münasibəti haqqında danışarkən deyib.
Onun sözlərinə görə, region ölkələri İran və Rusiya Avropa və Ermənistan yaxınlığından narahatdır, lakin onların prosesə əngəl olmaq imkanları yoxdur:
“Bu məsələdən ən çox Rusiya narahat ola və prosesə mane olmağa çalışa bilər. Hazırda Rusiyanın Ukraynada kifayət qədər ciddi problemi var və yaxın müddətdə bu bataqlıqdan çıxacağına güman azdır. Ona görə İrəvana hər hansı təzyiq siyasi mesajlardan o tərəfə keçməyəcək. İranın isə belə məsələlərə müdaxilə etməsinə heç kim imkan veməz. Hesab edirəm ki, Ermənistan bu ilin sonuna qədər AB üzvlüyünə namizəd statusu ala bilər”.
Politiloqun fikrincə, Ermənistanda Ukrayna və Gürcüstan nümunəsi olmayacaq:
“Düşünmürəm ki, Rusiya Ermənistan üçün Ukrayna və Gürcüstan qədər təhlükə yarada bilər”.
O, Rusiyanın Paşinyanı hakimiyyətdən devirərək, proseslərə əngəl ola biləcəyi ilə bağlı yayılan şayiələrə də münasibət bildirib:
“Bu məlumatların yayılmasında Erməni Apastol Kilsəsi xüsusi rol oynayır. Onlar Qarabağ klanı və beşinci kolonun nümayəndələri ilə birləşərək, erməni ictimai rəyini Paşinyanın əleyhinə çevirməyə çalışırlar. Buna nail olmayacaqlar, çünki Qərb institutları Ermənistanda aktiv şəkildə işləyir və İrəvan Avropaya inteqrasiyasını davam etdirəcək”.
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video