Baş prokuror Kamran Əliyevin dəvətilə Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorun Mətbuat Xidməti məlumat yayıb.
İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib, prokurorluqda aparılan genişmiqyaslı islahatlar çərçivəsində Elektron prokurorluq informasiya sisteminin fəaliyyəti barədə qonaqlara məlumat verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçiriləcəyini bildirən Baş prokuror, istintaq orqanlarının ekoloji sahədə törədilən hüquqpozmalara qarşı gördüyü tədbirlərin önəmini vurğulayıb.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
Aleksandr Bastrık iki dost və tərəfdaş dövlətin istintaq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirib. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.
Əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında 2024-2026-cı illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. İmzalanma mərasimi çərçivəsində Aleksandr Bastrıkin Baş prokuror Kamran Əliyevi “Vəzifə borcuna sadiqliyə görə” medalı ilə, Baş prokuror isə həmkarını “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif edib.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Azərbaycana işgüzar səfəri başa çatıb.
- Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
- Sabah 40 dərəcə isti olacaq
- Yaylaq Festivalında çardaq niyə çöküb - Açıqlama
- Şəkidə maşın piyadaları vurdu: 1 ölü, 1 yaralı
- Dənizdə batan Ümid müstəntiq işləyirmiş
- Faktiki hava: 39 dərəcə isti qeydə alındı
- Bakıda evdə meyit tapıldı
- Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var