Rusiyalı məşhur jurnalist öldü

20:58 - 19 Mart 2024 - GÜNDƏM

 Rusiyalı məşhur jurnalist öldü

Rusiyalı məşhur idman şərhçisi və jurnalist Vasili Utkin 52 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə "Eqrisi" futbol klubunun Teleqram kanalında məlumat verilib.

"Bu yazını yazmaq bizim üçün çox ağrılıdır. Amma bu, doğrudur. Vasili artıq aramızda deyil", - Utkinin sahibi olduğu media klubunun məlumatında bildirilib.

Qeyd edək ki, Utkin 1994-cü ildən televiziyada çalışıb, bir sıra futbol proqramlarına aparıcılıq edib, NTV və NTV+-da matçları şərh edib. Utkin 2004 və 2005-ci illərdə "Ən yaxşı idman şərhçisi" kateqoriyasında TEFI mükafatını qazanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol