UEFA-dan azərbaycanlı hakimə təyinat

23:30 - 19 Mart 2024 - GÜNDƏM

 UEFA-dan azərbaycanlı hakimə təyinat

UEFA azərbaycanlı FİFA referisi Elçin Məsiyevə daha bir təyinat verib.

BUTA.TV AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya U-21 - Bosniya və Herseqovina U-21 oyununu idarə edəcək.

Məsiyevə yan xətdə Pərvin Talıbov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasının İnqilab Məmmədov yerinə yetirəcək

Qeyd edək ki, martın 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol