Barselona məhkəməsi keçmiş braziliyalı futbolçu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayəti verib və yekun hökm çıxarılana qədər məhkumun azadlığa buraxılmasını tələb edib.
Xatırladaq ki, ötən ilin yanvarında 40 yaşlı Dani Alveş Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra o, 4ş5 il həbs cəzasına məhkum edilib və həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 min avro ödəməyə məhkum edilib. Eyni zamanda İspaniya prokurorluğu Alveşin daha uzun müddət həbsdə qalması lazım olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırıb
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Dənizdə batan Ümid müstəntiq işləyirmiş
- Faktiki hava: 39 dərəcə isti qeydə alındı
- Bakıda evdə meyit tapıldı
- Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var
- Xəzərdə zəlzələ oldu
- İranla bağlı həmin məsələdən narahatdır
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video