Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə edib.
BUTA.TV xəbər verir ki, daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını təəssüflə izlədiyini deyib.
O, indiki sülh danışıqları atmosferində belə bir çıxışın dağıdıcı təsirə malik olduğunu, nə deputata, nə də spikerə yaraşan çıxış olmasını qeyd edərək, hər kəsin Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək verməli olduğunu vurğulayıb.
Azərbaycanda “Dağlıq Qarabağ” adında regionun deyil, Qarabağ iqtisadi regionunun olduğu, ölkəmizin heç vaxt heç harda etnik təmizləmə aparmadığı, Xankəndində bu gün də ermənilərin yaşadığı, Ermənistanın regionda böyük dağıntılar törətdiyin və əraziləri mina ilə çirkləndiyini deyən T.Mirkişili bu ölkənin spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə, sülhə dəstək verən çıxış etməyə çağırıb.
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da