“Neftçi”dən komandanı tərk edəcək oyunçularla bağlı açıqlama

21:30 - 21 Mart 2024 - GÜNDƏM

 “Neftçi”dən komandanı tərk edəcək oyunçularla bağlı açıqlama

Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubunun yaydığı açıqlamada bildirilib.

"Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib", - açıqlamada qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol