Ukraynanın böyük hərbi resurslar sərf edən və Rusiyanın təcavüzünə müqavimət göstərmək üçün onun tərəfində möhkəm dayanan güclü müttəfiqlərə ehtiyacı var.
BUTA.TV xəbər verir ki, bu barədə "Ekonomist" nəşrində dərc olunan məqalədə bildirilib.
Nəşr qeyd edir ki, Ukraynanın hazırkı Avropa müttəfiqləri ya əhəmiyyət kəsb edə bilməyəcək qədər kiçikdir, ya kömək etmək üçün çox kasıbdır, ya da güclərindən istifadəyə tərəddüd edirlər:
"NATO-nun üzvü olan Avropa ölkələri birlikdə dünyanın ikinci ən böyük hərbi büdcəsinə malikdir (yalnız ABŞ-dan geri qalırlar - red.), bu da Rusiyanı əhəmiyyətli dərəcədə üstələyir. Onların iqtisadiyyatı Amerikadan daha böyükdür. Və bütün qitədə Ukraynanın qələbə çalması üçün güclü istək var.
Problem yaxşı müttəfiq olmaq üçün tələb olunan atributların qeyri-bərabər paylanmasındadır. Ukraynanın ən səs-küylü tərəfdarları Baltikyanı ölkələr və ya NATO-nun ən kiçik dövlətləridir".
Nəşr Fransanın maliyyəsinin kəskin azaldığını, Almaniyanın isə böyük hərbi gücə sahib olmasına baxmayaraq, qətiyyətsiz olduğunu vurğulayıb.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video