Bunu uşaqlara qadağan edin: Nazirlikdən çağırış – Video

13:56 - 22 Mart 2024 - GÜNDƏM

 Bunu uşaqlara qadağan edin: Nazirlikdən çağırış – Video

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlillərə görə, yaşayış sektorunda yanğınların böyük hissəsi məişət cihazlarından düzgün istifadə edilməməsi səbəbindən baş verir.

“Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir:

- Qeyri-standart, nasaz elektrik və qaz qızdırıcılarından istifadə etməyin;

- İşlək qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın;

- Elektrik və qaz cihazlarından istifadəni uşaqlara qadağan edin;

- Elektrik və qaz cihazlarını yanar əşyalardan uzaq yerləşdirin;

- Elektrik uzadıcısı və ya yuvasına çox sayda elektrik cihazını eyni anda qoşmayın;

- Evi tərk edərkən qaz cihazlarını söndürün, elektrik avadanlıqlarını şəbəkədən ayırın!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”, - müraciətdə vurğulanır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol