Ukraynada daha bir həmyerlimiz həlak oldu - Foto

14:02 - 22 Mart 2024 - GÜNDƏM

 Ukraynada daha bir həmyerlimiz həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz - Vahid Sayadxan oğlu Heydərov həlak olub.

BUTA.TV xəbər verir ki bu barədə mərhumun ailəsi məlumat yayıb. Bildirilib ki, 45 yaşlı V.Heydərov Ukraynanın Avdeyevka şəhərində minaya düşüb.

Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.

Qeyd edək ki, V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib.

Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol