Medvedyev təhdid etdi: Ölümlə ölümlə!..

23:40 - 22 Mart 2024 - GÜNDƏM

 Medvedyev təhdid etdi: Ölümlə ölümlə!..

Terrorçular ancaq cavab terrorunu başa düşürlər. Əgər gücə güclə, ölümlərə terrorçuların total edam edilməsi və onların ailələrinə qarşı repressiyalarla cavab verilməzsə, heç bir məhkəmə və ya istintaq kömək etməyəcək. Dünya təcrübəsidir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə, ideoloji ilhamvericiləri ilə başqa cür məşğul olmaq mümkün deyil. Onların hamısı terrorçu kimi tapılmalı və amansızcasına məhv edilməlidir. O cümlədən bu cür vəhşiliyə yol verən dövlət məmurları.

Ölümə ölümlə!”, - Medvedyev bildirib.

Qeyd edək ki, Moskvada “Krokus Siti Holl” kompleksində baş vermiş terror aktı nəticəsində 130 nəfər ölüb, yüzlərlə insan yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol