Martın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olub, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video