Azərbaycan millisinin Monqolustanla qarşılaşmadakı qazancı bəlli olub.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, Arif Əsədovun yetirmələri 1:0 hesablı qələbə ilə FİFA reytinqinə 2,5 xal əlavə edib.
Azərbaycan millisi açıqlanan son cədvəldə 1174,22 xalla 113-cü pillədə yer alıb. “FİFA Series”dəki ilk qələbə ilə bu rəqəm 1176,72-yə yüksəlib.
Yığmamız Bolqarıstanla matçda aktivini daha da zənginləşdirə bilər. Həmin oyunda qələbə 6,1, heç-heçə 1,1 xal gətirəcək.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı martın 25-də keçiriləcək.
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da